Növbəti xoş xəbər: 160 saat sonra xilas edildilər
Türkiyənin Hatay bölgəsində dağıntılar altında qalan daha iki nəfər xilas edilib.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, xilasedici qruplar 50 yaşlı Mediha Hadbezi və 11 yaşlı Lena Maradiniyi 160 saat sonra xilas edərək səhiyyə işçilərinə təhvil veriblər.
Güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.