ABŞ-ın vurduğu obyekt təhlükəli olub - Pentaqondan AÇIQLAMA

 08:29 13.02.2023     425

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cek Berqman bildirib ki, ABŞ Silahlı Qüvvələri Huron gölü üzərində aşkar edilən obyekti vurublar.

Redaktor.az xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində məlumat verib.

“ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə pilotlarımıza təşəkkür edirəm” - deyə Berqman yazıb.

O, Pentaqonla mütəmadi olaraq əlaqə saxladığını vurğulayıb.

Hadisə ilə bağlı Pentaqon da bəyanat yayıb.

“Huron gölü üzərində vurulan obyekt potensial kəşfiyyat imkanlarına görə təhlükəli olub” - deyə qeyd olunan açıqlamada deyilir ki, obyekt milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən ABŞ hərbi obyektlərinin yaxınlığından uçub.

“Uçuş yolunu və mövcud məlumatları nəzərə alaraq, bu obyekti Montana üzərindəki hava məkanında qəbul edilən radar siqnalı ilə əsaslı şəkildə əlaqələndirə bilərik. Həmin obyekt Müdafiə Nazirliyinin milli təhlükəsizlik baxımından həssas obyektlərinin yaxınlığından uçub”-deyə, məlumatda vurğulanıb.