Türkiyədə avtobus aşdı - 30 yaralı var

 08:40 13.02.2023     374

Türkiyədə sərnişin daşıyan avtobusun aşması nəticəsində 30 nəfər yaralanıb.

Redaktor.az “Hüriyyet”ə istinadla xəbər verir ki, Kastamonuda Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün sükanı itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.

Qəzada xəsarət alan yaralılar ətrafdakıların köməkliyi ilə xəstəxanalara aparılıb.