Suriyada itkilər artır, yardımlar yetərli deyil

 10:35 13.02.2023     809

Episentri Türkiyənin Kahramanmaraş vilayəti olan zəlzələdən sonra Suriyada itkilərin sayının 7 mini keçəcəyi gözlənilir.

Redaktor.az "Hürriyət"ə istinadla xəbər verir ki, Suriyada zəlzələdən həyatını itirənlərin sayı 5273-ə yüksəlib.

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı həmçinin ölkənin şimal-qərbinə kifayət qədər yardımın hələ çatmadığını etiraf edib.

Mərkəzi İngiltərədə olan Suriya İnsan Haqları Müşahidə Qrupu dağıntılar altında hələ də insanların olduğunu bildirib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən