Kadırovun köməkçisini zəhərlədilər
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bir neçə gün əvvəl köməkçisi, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri və ikinci ordu korpusunun komandir müavini Aptı Alaudinova qarşı sui-qəsd edildiyini açıqlayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Dostlar, bizim əziz qardaşımız Rusiya Qəhrəmanı, Çeçenistan Respublikası rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri və ikinci ordu korpusunun komandirinin müavini Aptı Alaudinov bir neçə gün əvvəl zəhərlənib. Sizi əmin edirəm ki, hazırda onunla hər şey qaydasındadır, onun həyatına və sağlamlığına heç nə baş vermir”, - Kadırov yazıb.
Turan İSMAYIL