Ukraynada rus işğalçılaçılarının son itkiləri açıqlandı - FOTO

 10:27 13.02.2023     304

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 138340 (+560) nəfər canlı qüvvəsi, 3283 (+3) tank,  6492 (+14) ədəd zirehli döyüş maşını, 2290 (+3) ədəd artileriya sistemi, 465 (+0) reaktiv yaylım atəşi sistemi, 234 (+0) hava hücumundan müdafiə sistemi, 296 (+1) təyyarə, 286 (+0) helikopter, 2007 (+10) PUA, 857 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5150 (+2) avtomobil texnikası və avtosistern, 217 (+2) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay