Malatyada zəlzələdə dağılan binalara görə 31 nəfər həbs edildi

 11:02 13.02.2023     335

Türkiyənin Baş Prokurorluğu Malatyada zəlzələdə dağılan və şəhərdə çoxlu sayda insanın ölümünə səbəb olan bina və yerlərdə aşkarlanan tikinti qüsurları ilə bağlı araşdırma başladıb.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, aparılan araşdırmalar çərçivəsində ilkin mərhələdə 31 şübhəli nəzarətə götürülüb.

Şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd olunur ki, saxlanılanların sayının artacağı və bu çərçivədə hərtərəfli istintaqın davam etdiyi bildirilib.

Həmidə İbrahimova