“Əgər Avropa Rusiya ilə döyüşməli olsaydı, sursat bir neçə gün ərzində tükənərdi"
Qərb ölkələrində silah ehtiyatları Kiyevə çatdırılma ilə bağlı kritik həddə çatıb, ona görə də NATO alyans dövlətlərindən anbarda olan silahların miqdarını artırmağı xahiş etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, bloka daxil olan ölkələrin silah ehtiyatları “tükənib”. Xüsusilə, bu, 155 millimetrlik artilleriya qurğularına, HIMARS reaktiv yaylım atəş sistemlərinə, İris-T hava hücumundan müdafiə sistemləri üçün sursatlara və "Patriot" hava hücumundan müdafiə sistemlərinə aiddir.
Agentliyə avropalı diplomat deyib: “Əgər Avropa Rusiya ilə döyüşməli olsaydı, sursat bir neçə gün ərzində tükənərdi.
“Reuters”in məlumatına görə, silah ehtiyatlarının həcminin artırılması ilə bağlı qərar NATO ölkələri tərəfindən alyansın 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində veriləcək. Blok tərəfdaşları da daxil olmaqla 40 ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Turan İSMAYIL