Lukaşenko KTMT ölkələrini birləşməyə çağırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT ölkələrini birləşməyə və Ukrayna münaqişəsi fonunda öz siyasətini müəyyən etməyə çağırıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini BELTA agentliyi sitat gətirib.
“Əgər kimsə fikirləşsə ki, Ukrayna və Rusiya arasındakı münaqişə bizim münaqişəmiz deyil, biz haradasa sakit oturacağıq, belə bir şey olmayacaq. Vaxt gələcək, uzaqda deyil, sözün əsl mənasında sabahdır və bu, qətiyyətli olmağı, müəyyən mövqe tutmağı tələb edəcək", - Lukaşenko bu gün KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşündə deyib.
“Mən bunu milli maraqların və sairələrin zərərinə demirəm, amma bütün müttəfiq çatışmazlıqlarımızla birlikdə hərəkət etmək üçün siyasətimizi, xəttimizi dəqiq müəyyənləşdirməliyik”.
Onun sözlərinə görə, birlikdə həmişə daha asan olur.
Turan İSMAYIL