Macarıstan xilasediciləri Türkiyədə zəlzələ bölgəsindən geri qayıdır

 13:00 13.02.2023     569

Son günlər Türkiyədə Macarıstanın 167 axtarış-xilasetmə mütəxəssisi və 29 axtarış iti gecə-gündüz faciənin dağıntıları arasında çalışır, oradan ümumilikdə 35 nəfər macarlar tərəfindən xilas edilib.

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto deyib.

“Fəlakətdən 172 saat keçib, beynəlxalq xilasetmə əməliyyatı başa çatmaq üzrədir, ona görə də Macarıstanın xilasetmə dəstələri vətənə qayıdır. Macarıstanın xilasedici dəstələri birincilər arasında gəlib, sonuncu tərk edənlərdir. Həyat xilas edən hər kəsə təşəkkürlər!”, - o əlavə edib (apa).

Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı son məlumata görə 29 605 nəfərə çatıb.