"Əlinizdə nə varsa göndərin" - Türkiyəli nazir əhaliyə çağırış etdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələnin episentri olan Kahramanmaraşda açıqlama verib.
Redaktor.az xəbər verir ki, Soylu vətəndaşlara müraciət edərək deyib:
“Deyirlər ki, daha material göndərməyin. "Əlinizdə nə material varsa göndərin, çünki bu bölgədə milyonlarla insan var və onların hər birinin yeməyə ehtiyacı var.
Hazırda burada gözləyən yük maşınımıza söz ola bilməz. Anbarlarımız tədarük gözləyir. Ən azı bir il burada aş qaynadılmalıdır”.