Donbasda azərbaycanlı ailə faciəvi şəkildə həlak oldu - VİDEO

 14:48 13.02.2023     365

Ukraynada müharibə davam edir.

Redaktor.az "Baku TV"yə istinadən xəbər verir ki, Kiyev və Çerniqov Belarus istiqamətindən raket hücumlarına məruz qalıb.

Məlumata görə, Xarkov, Xerson, Dnepropetrovsk, Zaporojye, Donetsk, Odessada da vəziyyət gərgindir.

“Odessa vilayətinə son vaxtlar Qara dənizdən hücumlar daha da artıb. Rusiya Ordusunun donanmasının Odessa şəhərinə istiqamətlənən raket hücumlarının demək olar ki, hamısının qarşısı Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən alınıb”.

Bildirilib ki, Donetskdəki qəsəbələrdən birində azərbaycanlı Hacı Hacıyev, onun həyat yoldaşı Ruslana Hacıyeva və onun 16 yaşlı oğlu Ruslan Hacıyevin meyitləri tapılıb.

“Faciəli şəkildə həlak olan həmyerlilərimizin meyitləri uzun müddət əvvəl məhv edilmiş Rusiya ağır texnikasının içində aşkarlanıb”.