Kadırov Ukraynadakı müharibədən narazıdır: "Vəziyyət dəyişməsə..."

 14:53 13.02.2023     441

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynada "xüsusi hərbi əməliyyat" zamanı öz potensialından tam istifadə etmir.

Redaktor.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Rossiya-1” televiziyasının “60 dəqiqə” proqramına müsahibəsində deyib.

"Əgər biz ən azı 20 faizdən başlasaydıq, mövcud olan bütün bu şəhərlər, onların yerləşdirildiyi bütün yerlərdə heç kim qalmazdı" - o, bildirib.

Kadırovun sözlərinə görə, vəziyyət dəyişməsə, Rusiyanın səbri tükənə bilər.

“Biz Ukrayna xalqının öz nəticələrini çıxarmasına icazə verməliyik. Əgər bu belə davam edərsə və onlar bizim ərazimizə atəş açsalar, onda səbr tükənəcək və bizə tez bitirmək əmri veriləcək" - deyə Çeçenistan rəhbəri əlavə edib.

Turan İSMAYIL