178 saat sonra 4 yaşlı Miray dağıntılar altından sağ ÇIXARILDI

 15:17 13.02.2023     369

Türkiyənin Adıyaman şəhərində xilasedicilər dağıntılar altından dörd yaşlı Miray adlı qızı sağ çıxara bilib.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu öz Tviter hesabında məlumat verib.

"Adıyamanda baş verən zəlzələdən sonra 178-ci saatda dörd yaşlı Mirai xilas edilib. O, sağdır və yaxşıdır", - o yazıb.

Son məlumatlara görə, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb. 6444 bina dağılıb. Bölgədə xilasetmə işləri hələ də davam edir, dağıntılar təmizlənir. Dağılmadan bir həftədən çox vaxt keçməsinə və gecə saatlarında havanın temperaturunun mənfi dəyərlərə enməsinə baxmayaraq, xilasedicilər hələ də beton qalaqları altında həyat əlamətlərini qeydə alırlar.

Turan İSMAYIL