"Türkiyənin yanındayıq" - NATO-nun baş katibi
"Fikrimiz Türkiyə xalqının yanındadır".
Redaktor.az-ın məlumatına görə, bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
“Müttəfiqlərimiz minlərlə xilasedici göndərib ki, bu güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə kömək etsin. Həmçinin biz sığınacaqların təminatı üzərində işləyirik. Müttəfiqimiz Türkiyə ilə həmrəyik və onun yanındayıq”, - deyə o, qeyd edib.