Ukrayna ən qısa zamanda silahla təmin edilməlidir - Stoltenberq

 16:52 13.02.2023     313

NATO dövlətlərinin Ukraynaya silah tədarükü onların operativ istehsal imkanlarını üstələyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Ukraynaya çatdırılma tempi bizim istehsalın sürətini üstələyir”, - deyən o, məsələn, müəyyən silah növlərinin istehsalı üçün gözləmə müddətinin 12 aydan 18 aya qədər artdığını qeyd edib.

Stoltenberq Ukraynadakı münaqişənin hazırkı mərhələsini “logistika müharibəsi” adlandırıb. "Sürət həyatları xilas edəcək" deyən baş katib NATO ölkələrinin Ukraynanı ən qısa zamanda silahla təmin etməli olduğunu vurğulayıb.

Turan İSMAYIL