Putinçi müğənni döyüşmək istəməyən oğluna haqq qazandırdı
Putin rejimini tərifləyən Rusiyalı müğənni Oleq Qazmanov Rusiya tərəfində cəbhəyə getməyə hazır olduğunu, lakin oğlunun belə kardinal qərarlar verməyə tələsmədiyini bildirib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, o, atası kimi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını dəstəkləməsinə baxmayaraq, döyüş meydanında ölmək istəmir.
Baxmayaraq ki, Qazmanov oğlunun sadəcə döyüş qabiliyyətinə malik olmadığını əmin edir.
Müğənni müsahibəsində “O, xidmət etməyib, bacarığı yoxdur” deyib.
O, əlavə edib ki, oğlu işğal olunmuş Donetsk və Luqanskda dəfələrlə olub və bunu yenidən etməyi planlaşdırır.
Oleq Qazmanov ölkəsinin hökuməti tələb edərsə, Ukraynada müharibəyə getməyə hazır olduğunu bildirib. Halbuki indi, pərişan sənətkarın dediyi kimi, işğalçılar üçün mahnı oxumağı daha faydalıdır.
"Mənim 71 yaşım var. Vətənim əmr etsə, pulemyot götürüb gedəcəm. Amma indi mahnılarımı oxumağım faydalıdır", - deyə musiqiçi bildirib.
Turan İSMAYIL