Avropanın mərkəzində 5.2 ballıq  ZƏLZƏLƏ

 19:52 13.02.2023     669

Rumıniyada 5,2 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 97 min nəfərə yaxın insanın yaşadığı Tarqu Jiu şəhərindən 14 km şimal-qərbdə olub.

8 km dərinlikdə baş verən zəlzələ zamanı tələfat və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.