70 sakinin ölümünə səbəb olan MTK rəhbəri: "Alın yazısıdır"
Türkiyədə 10 şəhəri əhatə edən güclü zəlzələ nəticəsində 6 444 bina dağılıb.
Redaktor.az xəbər verir ki, həmin binalar keyfiyyətsiz tikinti materialları ilə tikildiyindən təbii fəlakət çoxsaylı insan tələfatına səbəb olub. Qanunsuz olaraq tikilən bina sahibləri məsuliyyətə cəlb olunub.
Onlardan biri "Hasan Alpargün" adlı binanın sahibi Hasan Alpargündür. Polis şöbəsinə aparılan MTK rəhbəri ifadəsində, "Allahdan gələn bir şeydir, alın yazısıdır", - sözlərini deyib.
Onun bu fikirləri sosial şəbəkələrdə yayılaraq hiddətə səbəb olub.
Xatırladaq ki, Hasan Alpargünə aid, Adanada yerləşən binada 70 Türkiyə vətəndaşı dağıntılar altında qalaraq vəfat edib.