Belarusu tərk edin! - Fransadan çağırış

 20:49 13.02.2023     442

Fransa vətəndaşlarını Belarusu tərk etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

XİN Rusiyanın Ukraynaya qarşı silahlı hücumu və Belarusun hava məkanının bağlanması ilə əlaqədar fransızlara Belarusa getməməyi tövsiyə edib.

"Belarusdakı vətəndaşları yubanmadan ölkəni tərk etməyə çağırırıq", - rəsmi açıqlamada qeyd olunub.