Kaspşik İrəvanda peyda oldu - Mirzoyanla Laçın yolundan danışdılar
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub. Bundan əlavə, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, sülh sazişi layihəsi ətrafında gedən proseslərə də toxunublar.