Dağılan binanın podratçısı 5 ulduzlu oteldə TUTULDU
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində dağılan daha bir binanın podratçısı həbs edilib.
Redaktor.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilir ki, Ömər Cihan adlı podratçı zəlzələ qurbanı kimi qaldığı 5 ulduzlu oteldə saxlanılıb. Şübhələnin işinin artıq məhkəməyə göndərildiyi deyilir.
Qeyd edək ki, Türkiyədə zəlzələ ilə əlaqədar bir neçə nəfər həbs olunub.