ABŞ və Ukrayna generalları danışıqlar apardı
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı general Kristofer Kavoli ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Zalujni özünün "Telegram" kanalında məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynaya beynəlxalq hərbi yardımın çatdırılması və Ukrayna bölmələrinin tərəfdaş ölkələrin ərazisində təlim keçməsi məsələni müzakirə olunub.
Zalujnı, həmçinin cəbhədəki əməliyyat vəziyyəti və gələcək fəaliyyət planları barədə məlumat verib.