Adanada axtarış-xilasetmə işləri başa çatdı

 23:30 13.02.2023     487

Türkiyənin Adana şəhərində axtarış-xilasetmə işləri tamamlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi məlumat verib.

O, Adanada dağıntılar altından 34 nəfərin çıxarıldığını bildirib. Nazir zəlzələ zamanı şəhərdə 418 vətəndaşın dünyasını dəyişdiyini açıqlayıb.

"Zəlzələdən sağ çıxan bütün vətəndaşlarımız üçün var gücümüzlə işləməyə davam edəcəyik", - Kirişçi bildirib.