Rusiyada qaz kəmərində partlayış oldu

 23:45 13.02.2023     509

Rusiyanın Yaroslavl vilayətinin Mışkinski rayonunda magistral qaz kəmərində partlayış olub.

Redaktor.az yerli “Yarnovosti” nəşrinə istinadən xəbər verir ki, partlayışdan sonra həmin yerdə yanğın başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın qaz sızması ilə əlaqələndirib.

Bildirilib ki, hadisə nəticəsində yaralanan olmayıb.