182-ci saatda xilas edilən 12 yaşlı uşağın istəyi kabab oldu
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 182-ci saatında 12 yaşlı Kaan Kuruoğlu dağıntılar altından xilas edilib.
Redaktor.az "TRT Haber"ə istinadla xəbər verir ki, dağıntılar altından xilas edilən Kaanın ilk istəyi kabab olub.
Daha sonra o, xəstəxanaya aparılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Həmidə İbrahimova