Türkiyədə daha 3 nəfər dağıntılar altından sağ ÇIXARILDI - FOTO
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 10 yaşlı Ayça Çebni xilas edilib.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, o, Kahramanmaraşda dağıntılar altında 184 saat qalıb.
Hatayın Antakya rayonunda da eyni möcüzə yaşanıb. Binanın altında qalan 13 yaşındaki Kaan Kuruoğlu da zəlzələdən 182 saat sonra xilas edilib.
Antakyada 67 yaşlı Hüseyin Berber də 185 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Turan İSMAYIL