İrəvanda baş verən yanğında bir nəfər ölüb

 09:55 14.02.2023     1154

Fevralın 13-də gecə saat saat 23 radələrində Ermənistanın paytaxtı İrəvanın Azatamartikneri küçəsində yerləşən evdə yanğın baş verib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Hadisə yerinə gələn xilasedicilər yanğının mürəkkəbliyini “1 bis” qiymətləndiriblər. Yanğın fevralın 14-də saat 00:06-da lokallaşdırılıb, saat 00:43-də söndürülüb.

Yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yanıq xəsarəti ilə ağır vəziyyətdə Yanıq Mərkəzinə yerləşdirilib, daha 1 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Qeyd olunub ki, yataq otağı mebellə birlikdə yanıb.

Turan İSMAYIL