Ukrayna ordusu rusların 2 qırıcısını, 740 canlı qüvvəsini MƏHV ETDİ

 10:46 14.02.2023     488

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 139080 (+740) nəfər canlı qüvvəsi, 3286 (+3) tank, 6500 (+8) ) ədəd zirehli döyüş maşını, 2299 (+9) ədəd artileriya sistemi, 466 (+1) reaktiv yaylım atəşi sistemi, 234 (+0) hava hücumundan müdafiə sistemi, 298 (+2) təyyarə, 286 (+0) helikopter, 2011 (+4) PUA, 857 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5155 (+5) avtomobil texnikası və avtosistern, 218 (+1) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2