Türkiyədə zəlzələdə ölənlərin sayı daha da artdı

 15:05 14.02.2023     464

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Son məlumatlara görə, zəlzələdə 80 mindən çox insan yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Ardınca yüzlərlə təkanla müşayiət olunan yeraltı təkanlar Suriyada da hiss olunub. Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, hökumətin nəzarətində olan ərazidə ölənlərin sayı 1414 nəfər olub, daha 2349 qurban isə xəstəxanalara çatdırılıb.

Həmidə İbrahimova