Putin bu alaya “Qvardiyaçılar” fəxri adı verdi

 15:39 14.02.2023     341

Rusiya Prezidenti Vladimir Putin 228-ci Leninqrad-Pavlovsk Qırmızı Bayraqlı Motoatıcı Alayına “Qvardiyaçılar” fəxri adı verib.

Redaktor.az xəbər verir ki, dövlət başçısının fərmanı çərşənbə axşamı rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənədə əsasən, fəxri ad “silahlı münaqişələrdə Vətənin və dövlət maraqlarının müdafiəsi üçün alayın şəxsi heyətinin döyüş şəraitində göstərdiyi kütləvi qəhrəmanlıq və şücaətə, mətanət və şücaətə görə” verilib.

Turan İSMAYIL