Moldova hava məkanını bağladı

 16:53 14.02.2023     355

Moldova hakimiyyəti ölkənin hava məkanını müvəqqəti olaraq bağlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün respublikanın ən böyük aviaşirkəti Air Moldova feysbukda məlumat verib.

"Hazırda Moldova Respublikasının hava məkanı bağlıdır, biz uçuşların bərpasını gözləyirik", - mesajda deyilir.

Qeyd edək ki, bundan əvvəl mediada Moldovanın hava məkanında pilotsuz kəşfiyyat təyyarəsinin aşkarlanması ilə bağlı aviaşirkətlərə xəbərdarlıq edildiyi barədə məlumatlar yayılıb.

Turan İSMAYIL