205 saat sonra xilas edilən Ayşəgül
Türkiyənin Kahramanmaraş bölgəsində axtarışlar davam edir.
Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, zəlzələnin 205-ci saatında daha bir nəfər dağıntılar altından xilas edilib.
Qadını xilas etmək üçün qruplar təxminən 5 metrlik tunel açıb.
35 yaşlı Ayşəgül Bayıra ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.