Türkiyə, Azərbaycan və Şimali Kipr birgə yardım kampaniyasına BAŞLAYIR

 22:44 14.02.2023     374

Türkiyə, Azərbaycan və Şimali Kipr "Türkiyə, tək ürək" adı altında yardım kampaniyasına başlayır.

Redaktor.az xəbər verir, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Ərdoğan qeyd edib ki, hər üç ölkənin televiziya və radio kanallarında ortaq yayımla təşkil olunacaq kampaniya fevralın 15-i saat 20:00-da başlayacaq. 

"Türkiyə, tək ürək" kampaniyası qardaş ölkədə zəlzələdən zərər çəkənlərə yardım məqsədi daşıyır.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Təbii fəlakət zamanı 35 mindən çox insan həyatını itirib.