İsrail XİN başçısı Türkiyənin zəlzələ bölgəsində - FOTO
Türkiyədə səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen İsrail tibbi heyətinin Türkiyədə zəlzələ baş vermiş bölgədə yaratdığı səhra xəstəxanasına baş çəkib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri "Twitter"də paylaşım edib.
"Hər bir şeyini atıb burada bir amal uğrunda vuruşan insanlarla görüşdüm. İsrailli xilasedicilər Türkiyədə ikinci böyük heyət sayılır. Onlar 19 nəfəri dağıntılar altından xilas etdi, yüzlərlə yaralıya tibbi yardım göstərdi və dünyaya İsrailin yaxşı tərəfini göstərdi. Bütün İsrail xalqı sizinlə fəxr edir, arxanızda dayanır və sizi evdə gözləyir", - deyə nazir bildirib.