212 saat sonra möcüzə
Türkiyədə, Adıyamanda yaşayış binasının dağıntıları altından 77 yaşlı Fatma Güngör zəlzələdən 212 saat sonra xilas edilib.
Bu barədə Redaktor.az "Anadolu”ya istinadən xəbər verir.
Güngör təcili yardımla xəstəxanaya aparılıb.
Qeyd olunur ki, "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.