Rusiya xilasediciləri Türkiyədən qayıtdılar

 09:25 15.02.2023     254

Rusiya xilasediciləri Türkiyədə zəlzələ zonasında işlərini başa vuraraq Moskvaya qayıdıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin teleqram kanalı xəbər yayıb.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi göyərtəsində bir qrup xilasedici və həkimlə birlikdə Moskvaya enib", - məlumatda deyilir.

Qeyd olunur ki, nazirliyin 150-dən çox mütəxəssisi fevralın 7-dən Türkiyənin ən çox zərər çəkmiş vilayətində işləyib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.