Ermənistan-Türkiyə sərhədindən növbəti yük karvanı keçdi
Ermənistandan Türkiyədə zəlzələ ilə bağlı növbəti yük karvanı yola düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Vahan Hunanyan tviter səhifəsində yazıb.
Bildirilib ki, ötən gecə humanitar yardımın ikinci partiyasını daşıyan yük maşınları körpü vasitəsilə Ermənistan-Türkiyə sərhədindən keçib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.