Yaponiyanın ABŞ-ın nüvə silahı ilə bağlı qərarlarına qoşulmur - Baş nazir
Yaponiya hökuməti Amerika nüvə silahlarına “birgə sahiblik” adlanan prinsipi tanımır və onların yerləşdirilməsi və istifadəsi ilə bağlı qərarların qəbulunda iştirak etmək iddiasında deyil.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın baş nazir Fumio Kişida parlamentin aşağı palatasının büdcə komissiyasında bildirib.
Bundan əvvəl, debat zamanı keçmiş müdafiə naziri Şiqeru İşiba çərşənbə günü hökuməti ABŞ-la Tokionun nüvə silahı ilə bağlı qərarların planlaşdırılmasında iştirakının mümkünlüyünü müzakirə etməyə çağırıb. Keçmiş hərbi idarə rəisinin fikrincə, belə “birgə mülkiyyət” düsturu Yaponiyanın belə silahlara sahib olmaqdan imtina etməsini pozmaz.
Baş nazir Kişida isə cavabında deyib ki, təhlükəsizlik məsələlərində ABŞ ilə ən yaxın əməkdaşlığa sadiqdir və birgə çəkindirmə qabiliyyətini gücləndirmək üçün səylər göstərir. Bununla belə, onun fikrincə, keçmiş müdafiə nazirinin qeyd etdiyi “paylı mülkiyyət” düsturu Tokionun nüvə silahından imtinası ilə ziddiyyət təşkil edir.
"Hökumət, buna uyğun olaraq, birgə mülkiyyət prinsipini tanımır və hətta müzakirə etmək niyyətində deyil",- baş nazir vurğulayıb.
Qeyd edək ki, Yaponiya hökuməti üç prinsipə - nüvə silahına malik olmamaq, istehsal etməmək və idxal etməmək prinsipinə riayət edir.
Bu qərar 1971-ci ildə Parlament tərəfindən təsdiq edilib.
Bununla belə, üç qeyri-nüvə prinsipi qanun qüvvəsini almayıb, baxmayaraq ki, ölkənin bütün baş nazirləri onları bu və ya digər formada təsdiqləyir.
Tunar Altunbay