Putinə yaxın adamlar Ukrayna kəşfiyyatına işləyir - FOTO

 12:00 15.02.2023     308

Ukrayna kəşfiyyatı məlumatı Kremlin ən yüksək eşelonlarında təmsil olunan məmurlardan da alır.

Redaktor.az xəbərverir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Andrey Çernyak "iefimerida"ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, QUR minlərlə mənbədən, o cümlədən Rusiya Federasiyasındakı mövcud agentlərdən gələn məlumatları idarə edir.

"Müharibədə qanunun bizə icazə verdiyi bütün vasitələrdən istifadə edirik. Biz hətta Putinə çox yaxın olan insanlarla əməkdaşlıq mexanizmlərini tapmışıq. Onlar heç bir şübhə doğurmayan və "böyük Rusiya" tərəfdarları kimi tanınan insanlarıdr",- Çernyak deyib.

O qeyd edib ki, Rusiya prezidentinin ətrafında onun Ukrayna ilə bağlı siyasətini dəstəkləməyənlər çoxdur.

"Onlar bu müharibənin əleyhinədirlər. Ancaq bunu Ukraynaya qarşı dostluq hisslərinə görə və ya müharibəyə nifrət etdiyinə görə yox, öz mənfəətləri üçün edir, çünki bu, onların maraqlarına uyğundur. Ukraynanın işğalından sonra bu insanlar çox pul itirdilər”,- deyən Çernyak, onu d əlavə edib ki, bu insanların heç bir inqilabi aksiyaya hazır deyil.

"Lakin Putin hakimiyyəti itirsə, onu məhv edəcəklər",- o əlavə edib.

Tunar Altunbay