Türkiyə və Ermənistan XİN başçıları razılığa gəldilər
Ermənistan və Türkiyə xarici işlər nazirləri Ararat Mirzoyan ilə Mövlud Çavuşoğlu sərhədin tam açılması və sərhəddəki körpünün birgə təmiri üzrə işləri davam etdirmək barədə razılığa gəliblər.
Redaktor.az xəbər verir ki, bu barədə nazirlərin birgə keçirdiyi mətbuat konfransında məlumat verilib.
Həmçinin tərəflərin münasibətlərin normallaşmasında maraqlı olduqları ifadə edilib.
Qeyd edək ki, konfransdan sonra Mirzoyanın zəlzələ bölgəsinə səfəri nəzərdə tutulub (modern.az).