Türkiyədə 7,7 və 7,6 bal gücündə zəlzələlər iki dəqiqə davam edib - AÇIQLAMA

 16:47 15.02.2023     574

Türkiyədə son iki ən güclü zəlzələ cəmi iki dəqiqə davam edib.

Redaktor.az xəbər verir ki, bunu fevralın 15-də Ankarada çıxışı yerli telekanallarda yayımlanan Türkiyə Fövqəladə Hallar İdarəsi risklərin minimuma endirilməsi şöbəsinin rəhbəri Orhan Tatar deyib.

"Bu iki zəlzələnin ümumi müddəti iki dəqiqə olub. Zəlzələnin episentri 8,5 və 10 km dərinlikdə olub. Torpaq 7,3 m sürüşüb. Bundan əlavə, biz 3858 afterşok qeydə almışıq”, - deyə o bildirib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Zəlzələ nəticəsində son məlumata görə, 35 418 nəfər həlak olub, 100 mindən çox şəxs yaralanıb. Zəlzələ zamanı 6444 bina tamamilə dağılıb.

Turan İSMAYIL