Bu il Rusiyada 1200 tibb müəssisəsi tikiləcək - Nazir

 19:10 15.02.2023     329

2023-cü ildə Rusiyada yaradılması planlaşdırılan tibbi infrastruktur obyektlərinin sayı 1,2 mindir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"2023-cü ildə 1200 tibb infrastrukturu obyektinin yaradılması nəzərdə tutulur. Bunlardan 900-dən çoxu kənd yerlərində yerləşən feldşer-mama məntəqələridir. Biz bunu kompleks şəkildə həyata keçiririk" - o, regionlarda yeni və yenidən qurulan səhiyyə müəssisələrinin açılış mərasimində deyib.

Qeyd edək ki, bu gün Rusiyada doqquz tibb müəssisəsinin açılışı olub.

Turan İSMAYIL