Türkiyədə zəlzələdən sonra 10-cu gündə 4 nəfər xilas edildi

 19:19 15.02.2023     356

Fevralın 15-də xilasedicilər dağıdıcı zəlzələlərdən sonra onuncu gündə Türkiyənin cənub-şərqində dağıntılar altından dörd nəfəri çıxarıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Kahramanmaraş vilayətində 42 yaşlı qadın xilas edilib. Hatay vilayətində bir qadın və iki uşaq xilas edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Zəlzələ nəticəsində 35 mindən çox adam həlak olub, 105 mindən çox adam isə yaralanıb.

Turan İSMAYIL