İlon Mask öz itini "Tvitter"in baş direktoru təyin etdi 

 20:19 15.02.2023     320

Amerikalı milyarder İlon Mask "Şiba İnu" cinsindən olan itini "Twitter"ə yeni baş direktor təyin edib

Redaktor.az lenta.ru-ya istinadla bildirir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Twitter-in yeni baş direktoru sadəcə əladır. O, insanlardan qat-qat yaxşıdır!”,- deyə Mask paylaşımında  yeni "ceo"nun fotolarının altında yazıb.

Onun sözlərinə görə, "Floki" adlı it rəqəmlərlə əladır və öz üslubuna malikdir. Mask ev heyvanının “bu iş üçün mükəmməl olduğuna” əmin olduğunu bildirib.

Tunar Altunbay