"NATO ölkələri Ukrayna üçün bir neçə tank briqadası yaratmağa ümid edir" - Polşa Prezidenti

 20:45 15.02.2023     302

Ukrayna xəbər verir ki, bunu çərşənbə günü Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Duda xatırladıb ki, Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Kanada, Polşa artıq müttəfiqlərin hərəkətləri çərçivəsində Ukraynaya tanklar verir.

"Biz Ukrayna üçün heç olmasa bir tank briqadası toplamaq istəyirik. Ümid edirik ki, bir neçə briqada yarada biləcəyik", - o deyib.

Tunar Altunbay