Türkiyənin daha bir vilayətində fövqəladə vəziyyət elan edildi
Türkiyənin daha bir vilayətində fövqəladə vəziyyət elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömür Çelik özünün "Twitter" hesabında məlumat yayıb.
AKP rəsmisi qeyd edib ki, Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət tətbiq olunub. Bununla da, Türkiyədə fövqəladə vəziyyət elan olunan vilayətlərin sayı 11-ə çatıb.
Qeyd edək ki, bundan öncə Türkiyənin Qaziantep, Hatay, Kilis, Adıyaman, Diyarbakır, Adana, Osmaniye, Şanlıurfa və Malatya bölgəsində 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib.