Ukrayna ordusu rusların 1 helikopterini, 700-dək canlı qüvvəsini MƏHV ETDİ

 10:01 16.02.2023     406

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 140460 (+ 690) nəfər canlı qüvvəsi, 3296 (+6) tank, 6517 (+10) ədəd zirehli döyüş maşını, 2306 (+3) ədəd artileriya sistemi, 466 (+0) reaktiv yaylım atəşi sistemi, 239 (+3) hava hücumundan müdafiə sistemi, 298 (+0) təyyarə, 287 (+1) helikopter, 2012 (+1) PUA, 857 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5167 (+6) avtomobil texnikası və avtosistern, 219 (+0) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2