Türkiyənin zəlzələ bölgəsi daha 2 dəfə SİLKƏLƏNDİ

 10:57 16.02.2023     273

Türkiyənin zəlzələ baş vermiş cənub-şərq bölgəsində növbəti 2 yeraltı təkan qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib.

Belə ki, Kahramanmaraş və Malatya vilayətlərində 2 yeni zəlzələ olub.

Kahramanmaraşın Türkoğlu rayonundakı zəlzələ Rxiter şkalası ilə 3.8 balla qiymətləndirilib və ocağı yerin 7 kilometr dərinliyində yerləşib.

Malatyadakı silkələnmə isə vilayətin Battalqazi rayonunda baş verib və maqnitudası 4.4 olub. Bu zəlzələnin ocağı da yerin 7 kilometr dərinliyində olub.

İtki və dağıntılar barədə məlumat verilməyib.