Lukaşenko yalnız bu halda Rusiya ilə birlikdə döyüşməyə hazır olduğunu bəyan ETDİ

 13:20 16.02.2023     377

Belarus Prezidenti Aleksandr Lukaşenko yalnız ölkəsinə təcavüz olacağı təqdirdə respublika ərazisindən ruslarla döyüşməyə hazır olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

“Mən hələlik yalnız bir halda Belarus ərazisindən ruslarla birlikdə döyüşməyə hazıram: əgər oradan (Ukraynadan - red) heç olmasa bir əsgər Belarus ərazisinə xalqımı öldürmək üçün gəlsə" - dövlət başçısı jurnalistlərlə söhbətində deyib.

Lukaşenko bildirib ki, Belarusa qarşı təcavüz etsələr, ən sərt cavab olacaq.

Onun fikrincə, o zaman “müharibə tamam başqa xarakter alacaq”.

Belarus lideri qeyd edib ki, bu, təkcə Ukraynaya deyil, digər qonşulara da aiddir.

Turan İSMAYIL